Yuxarı

Gürcüstana iki kiloqramdan çox qızılın qanunsuz keçirilməsinin qarşısı alınıb

​Gürcüstana iki kiloqramdan çox qızılın qanunsuz keçirilməsinin qarşıs

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində bəyan edilməmiş külli miqdarda qızıl və gümüş əşyalarının ölkəyə keçirilməsinin qarşısı alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Gürcüstan və Ermənistan vətəndaşlarının əl yükü və üzərilərinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş və ümumi dəyəri 170,128.05 lari olan 2 kiloqramdan çox qızıl və 399,7 qram gümüş əşyalar aşkar olunub. Hər iki şəxs zinət əşyalarını qaçaqmal yolu ilə bədənlərində gizlətməklə Gürcüstana keçirməyə cəhd ediblər.

Faktla bağlı materiallar Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi