Gürcüstana edilən səfərlərin 20%-i Azərbaycan vətəndaşlarının payına düşüb

Gürcüstana edilən səfərlərin 20%-i Azərbaycan vətəndaşlarının payına düşüb Bu ilin III rübündə Gürcüstana səfər edən beynəlxalq qeyri-rezident ziyarətçilərin sayı 3,4 milyon nəfər təşkil edib.
Region
14 Noyabr , 2019 11:21
Gürcüstana edilən səfərlərin 20%-i Azərbaycan vətəndaşlarının payına düşüb

Bu ilin III rübündə Gürcüstana səfər edən beynəlxalq qeyri-rezident ziyarətçilərin sayı 3,4 milyon nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən əcnəbilərin sayı 4,6% artıb. Hesabat dövründə Gürcüstana gedən əcnəbilərin arasında 413,8 min nəfərələ Rusiya birinci yeri tutub. Rusiyalı turistlərin sayında illik müqayisədə 16,5% azalma qeydə alınıb. Onların Gürcüstana səfər edən əcnəbilər arasında payı 18,8% təşkil edib.

Səfərlərin böyük hissəsi 19,9% olmaqla Azərbaycan vətəndaşlarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə azərbaycanlı ziyarətçilərin sayı 10,6% artıb.

Gürcüstana yollananların 41,6%-i 31-50 yaş qrupuna daxil olan şəxslər olub, 67,3%-i isə bu ölkəyə turist səfəri edib.

Son xəbərlər

Orphus sistemi