Gürcüstan Yazıçılar Birliyi Azərbaycan yazarları üçün mükafat təsis edib

Gürcüstan Yazıçılar Birliyi Azərbaycan yazarları üçün mükafat təsis edib Tbilisi. 22 iyul. REPORT.AZ/ Gürcüstan Yazıçılar Birliyi (GYB) Azərbaycan və gürcü yazıçıları üçün iki mükafat təsis edib.
Region
22 İyul , 2018 18:19
Gürcüstan Yazıçılar Birliyi Azərbaycan yazarları üçün mükafat təsis edib

Tbilisi. 22 iyul. REPORT.AZ/ Gürcüstan Yazıçılar Birliyi (GYB) Azərbaycan və gürcü yazıçıları üçün iki mükafat təsis edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu GYB-nin sədri Bağatur Arabuli söyləyib.

B.Arabuli deyib ki, Azərbaycan dramaturgiyasının banisi hesab edilən, yaradıcılığının böyük hissəsi Tbilisi ilə bağlı olan Mirzə Fətəli Axundov adına mükafat gürcü şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edən, eləcə də gürcü dilində yazan azərbaycanlı yazıçı və şairlərə təqdim olunacaq.

Böyük gürcü ədibi, Gürcüstan ədəbi mühitində özünəməxsus yer tutan Akaki Tsereteli adına təsis olunmuş ikinci mükafat isə eyni funksiyaları yerinə yetirəcək gürcü şair və yazıçılara veriləcək.

Onun sözlərinə görə, bu gün Azərbaycan dilində yazan çoxlu sayda gürcü şairlər var. Onlar həm də Azərbaycan şair və yazıçılarının əsərlərini gürcü dilinə tərcümə edirlər. Eləcə də Azərbaycanda gürcü ədəbiyyatını sevən, gürcü dilində olan əsərləri başqa dillərə tərcümə edən çoxlu sayda ziyalılar var. İki dost və qardaş ölkənin mədəniyyətinin, mədəni əlaqələrimizin inkişafında rolu olan bu cür insanların əməyinə biganə qalmaq olmaz: "Məqsədimiz həmin şair və yazıçılarımızın əməyini layiqincə qiymətləndirməkdir", - deyə Bağatur Arabuli vurğulayıb.

GYB-nin sədri onu da bildirib ki, şair və yazıçıların hər iki dilə tərcümə etdikləri əsərlər, Gürcüstan Yazıçılar Birliyinin mətbu orqanlarında, eləcə də birliyin Azərbaycan bölməsinin orqanı olan "Körük" və "Şəfəq-Sxivi" jurnallarında dərc olunacaq.

Son xəbərlər

Orphus sistemi