Yuxarı

Gürcüstan yanacaq idxalını azaldıb

​Gürcüstan yanacaq idxalını azaldıb

Gürcüstan bu ilin yanvar-sentyabr aylarında 779,4 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilib ki, illik müqayisədə qonşu ölkənin yanacaq idxalında 35 min ton, yaxud 4,3% azalma qeydə alınıb.  

Hesabat dövründə Gürcüstanın yanacaq idxalında ən böyük paya 231,7 min ton olmaqla (29,7%) Rusiya sahib olub. Qonşu ölkə Ruminiyadan 215,5 min ton, Azərbaycandan 122,4 min ton, Türkmənistandan 87,9 min ton, Bolqarıstandan 68,3 min ton, Yunanıstandan 45,9 min ton benzin və dizel yanacağı tədarük edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi