Yuxarı
    Bağlamaq

    ​Gürcüstan XİN: Bakı-Supsa boru kəmərinin iki hissəsi mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir

    Bu məsələni biz Rusiya Federasiyası qarşısında kəskin şəkildə qaldıracayıq

    Bakı. 13 İyul. REPORT.AZ/ Bakı-Supsa boru kəmərinin iki hissəsi ( təxminən 1.6 km) mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçir. Tsitelubani kəndi yaxınlığında quraşdırılan banner boru kəmərinin ikinci seqmentindən 50 m. aralıda yerləşir. "Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan xarici işlər nazirinin müavini Gigi Gigiadze bu gün açıqlama verib.

    O, məsələ ilə bağlı narahatlığını ifadə edərək, bu barədə beynəlxalq ictimaiyyətə məlumat veriləcəyini deyib: "Biz diplomatik korpusu dəvət edib, onlara ətraflı məlumat verəcəyik, onlar isə öz növbəsində, bu barədə öz hökümətlərini məlumatlandıracaqlar. Bu məsələni biz Rusiya Federasiyası qarşısında kəskin şəkildə qaldıracayıq", - xarici işlər nazirinin müavini bildirib.

    "Biz həmçinin xaricdəki diplomatik nümayəndəliklərimizin əməkdaşlarını da bu məsələyə cəlb edəcəyik və onların vasitəsilə həmin ölkələrə obyektiv məlumatların ötürülməsinə nail olacayıq ", - Gigiadze deyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi