NDİ: Gürcüstan vətəndaşları prezidentin və hökumətin fəaliyyətindən narazıdır

NDİ: Gürcüstan vətəndaşları prezidentin və hökumətin fəaliyyətindən narazıdır Gürcüstanda rəyi soruşulanların 60%-i hökumətin fəaliyyətini mənfi qiymətləndirib.
Region
19 Sentyabr , 2019 10:39
NDİ: Gürcüstan vətəndaşları prezidentin və hökumətin fəaliyyətindən narazıdır

Gürcüstanda rəyi soruşulanların 60%-i hökumətin fəaliyyətini mənfi qiymətləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun siyasi bölməsində bildirilib.

Hökumətin fəaliyyətini müsbət qiymətləndirən respondentlərin göstəricisi isə 32% təşkil edib.

Sorğuda iştirak edənlər prezidentin də fəaliyyətini qiymətləndiriblər. Respondentlərin 40%-i dövlət başçısının fəaliyyətini pis, 36%-i orta, 12%-i isə yaxşı qiymətləndirib.

NDI sorğun işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək keçirib. Sorğuda 2 131 respondent iştirak edib.

Son xəbərlər

Orphus sistemi