Gürcüstan və Ermənistan baş nazirləri görüşüb

Gürcüstan və Ermənistan baş nazirləri görüşüb Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Qaxaria erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Region
15 Oktyabr , 2019 14:42
Gürcüstan və Ermənistan baş nazirləri görüşüb

Ermənistanda rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Qaxaria erməni həmkarı Nikol Paşinyanla görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçıları təkbətək görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətləri müzakirə ediblər.

Görüşdə müxtəlif sahələrdə "əməkdaşlığın dərinləşdirilməsi" məsələsi də nəzərdən keçirilib.

Daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutub. 

Son xəbərlər

Orphus sistemi