Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova azad ticarət zonasını ilin sonuna qədər yaratmağı planlaşdırır

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova azad ticarət zonasını ilin sonuna qədər yaratmağı planlaşdırır Ukraynanın baş naziri: "Bu, iqtisadiyyatlarımıza müsbət təsir göstərəcək, əməkdaşlığımızı dərinləşdirəcək"
Region
27 Mart , 2017 13:48
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova azad ticarət zonasını ilin sonuna qədər yaratmağı planlaşdırır
НВ

Bakı. 27 mart. REPORT.AZ/ Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova ilin sonuna qədər Ümumdünya Ticarət Təşkilatının prinsip və qaydaları əsasında azad ticarət zonası yaratmaq niyyətindədir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşündən sonra bildirib.

"Bu gün iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunduq. Təbii ki, siyasi qarşılıqlı əlaqələr məsələlərini müzakirə etdik. Artıq 2017-ci ildə ölkələrimiz çərçivəsində azad ticarət zonasının tam həyata keçirilməsinə imkan verəcək bir sıra sənədlər imzalanması vacib idi. Bu, iqtisadiyyatlarımıza müsbət təsir göstərəcək, əməkdaşlığımızı dərinləşdirəcək", - deyə Qroysman vurğulayıb.

Son xəbərlər

Orphus sistemi