Gürcüstan tərəfdaş ölkələri terrorizmlə mübarizə tədbirləri barədə məlumatlandırıb

Gürcüstan tərəfdaş ölkələri terrorizmlə mübarizə tədbirləri barədə məlumatlandırıb Tbilisi. 13 oktyabr. REPORT.AZ/ Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkədə akkreditasiya olunmuş NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi attaşelərinin assosiasiyasının üzvləri ilə görüş keçirilib.
Region
13 Oktyabr , 2018 12:58
Gürcüstan tərəfdaş ölkələri terrorizmlə mübarizə tədbirləri barədə məlumatlandırıb

Tbilisi. 13 oktyabr. REPORT.AZ/ Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkədə akkreditasiya olunmuş NATO-ya üzv və tərəfdaş ölkələrin hərbi attaşelərinin assosiasiyasının üzvləri ilə görüş keçirilib.

"Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin DTX-sı məlumat yayıb.

Xidmətin Terrorizmlə Mübarizə və İnformasiya- Analitika departamentlərinin əməkdaşları görüş iştirakçılarına Gürcüstanda terrorizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər və işğal altında olan ərazilərdə təhlükəsizliklə bağlı vəziyyət barədə ətraflı məlumat təqdim ediblər.

Təqdimatlardan sonra hərbi attaşelərin sualları cavablandırılıb.

Görüşdə ABŞ, Almaniya, Fransa, Estoniya, Böyük Britaniya, Polşa, Rumıniya, Ukrayna və digər ölkələrlə yanaşı, Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşelik aparatının nümayəndələri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi