​Gürcüstan Rusiyaya etiraz notası göndərib

​Gürcüstan Rusiyaya etiraz notası göndərib Günter Bexler: "Rusiyanın bu hərəkəti adi hal deyil və ona uyğun münasibət bildirilməlidir"
Region
15 İyul , 2015 20:19
​Gürcüstan Rusiyaya etiraz notası göndərib

Bakı. 15 iyul. REPORT.AZ/ Gürcüstanın Xarici İşlər Nazirliyi İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Gürcüstan tərəfinin təşəbbüsü ilə İsveçrənin bu ölkədəki səfiri Günter Bexler arasında görüş olub.

Görüşdə tanınmayan Cənubi Osetiya ərazisində çəkilən tikanlı tellərin və hasarın Gürcüstanın içərilərinə doğru girdiyi vurğulanıb.

Günter Bexler qeyd edib ki, Rusiyanın bu hərəkəti adi hal deyil və ona uyğun münasibət bildirilməlidir.

Xatırladaq ki, rəsmi Tbilisi Bakı-Supsa boru kəmərinin iki hissəsinin (təxminən 1.6 km) mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Cənubi Osetiya ərazisindən keçdiyini bildirmişdi. Tsitelubani kəndi yaxınlığında quraşdırılan banner boru kəmərinin ikinci seqmentindən 50 metr aralıda yerləşir.

Ötən gün isə Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı iddiaları təkzib edib. 

Son xəbərlər

Orphus sistemi