Yuxarı
    Bağlamaq

    ​Gürcüstan rəsmisi: "Hələlik xarici yardıma ehtiyac yoxdur"

    Tbilisidə baş verən daşqın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

    Bakı. 19 iyun. REPORT.AZ/ "Daşqının Tbilisiyə vurduğu ziyanın nəticələrinin aradan qaldırılması üçün bu mərhələdə bizim yetərincə mütəxəssis, texnika və canlı qüvvəmiz var. Xilasedicilərin sayını artırmaqla itkin düşən 3 nəfərin tapılmasını tezləşdirə bilmərik. Əksinə, əlavə qüvvələr axtarış-xilasetmə işlərinə mane olar. Ona görə də hələlik biz beynəlxalq xilasedicilərin yardımından imtina edirik".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Departamentinin direktoru Zviad Katsaşvili jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, Vere çayının yatağına qayıtması nəticəsində 50-dən artıq zədələnmiş avtomobil aşkarlanıb: "Ancaq palçıq altında hələ çoxlu maşın qalıb".

    Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

    Qeyd edək ki, iyunun 14-də Tbilisiyə yağan güclü yağış nəticəsində şəhəri su basmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi