Yuxarı

​Gürcüstan prezidenti aprelin 24-də Yerevana getməyəcək

Baş nazir İrakli Qaribaşvilinin aprelin 23-24-də Ermənistana səfər edəcəyi də təsdiqlənməyib

Bakı. 21 aprel. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Merqvelaşvili aprelin 24-də Yerevanda keçiriləcək qondarma erməni "soyqırımı"nın 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etməyəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tengiz Pxaladze bildirib.

O, bunu həmin günlərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanda rəsmi səfərdə olacağı ilə əlaqələndirib. Bu səbəbdən də Georgi Merqvelaşvili Tibilisini tərk etməyəcək. 

Bir müddət öncə Gürcüstan hökumətinin nümayəndələri də baş nazir İrakli Qaribaşvilinin aprelin 23-24-də Yerevana səfər edəcəyini təsdiqləməmişdi.

Gürcüstan parlamenti də 1915-ci il hadisələri ilə bağlı məsələyə baxmaqdan imtina edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi