​Gürcüstan prezidenti parlament seçkilərinin vaxtını təyin edib

​Gürcüstan prezidenti parlament seçkilərinin vaxtını təyin edib Marqvelaşvilinin imzaladığı sənəd ölkənin baş nazirinə göndərilib
Region
3 İyun , 2016 23:26
​Gürcüstan prezidenti parlament seçkilərinin vaxtını təyin edib

Bakı. 3 iyun. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlament seçkilərinin keçirilmə tarixinin oktyabrın 8-nə təyin olunması barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü prezidentin mətbuat katibi Eka Mişveladze məlumat verib.

Marqvelaşvili tərəfindən imzalanan sənədin artıq ölkənin baş nazirinə göndərildiyi bildirilir.

"Biz baş nazirdən qanunla nəzərdə tutulan tarixdə kontrassiqnasiya gözləyirik", — deyə Mişveladze söyləyib.

Qeyd olunur ki, baş nazirin prezidentin fərmanını imzalaması üçün 10 gün vaxtı var.

Son xəbərlər

Orphus sistemi