Gürcüstan prezidenti Marneuliyə baş çəkdi

Gürcüstan prezidenti Marneuliyə baş çəkdi Gürcüstan prezidenti Salome Zurabişvili martın 23-dən ciddi karantin rejiminin tətbiq olunduğu Marneuli rayonuna baş çəkib.
Region
29 Mart , 2020 14:58
Gürcüstan prezidenti Marneuliyə baş çəkdi

Gürcüstan prezidenti Salome Zurabişvili martın 23-dən ciddi karantin rejiminin tətbiq olunduğu Marneuli rayonuna baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, dövlət başçısı rayondakı hazırkı vəziyyətlə yerində tanış olub.

Kvemo Kartli ( Borçalı) qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı rayonun girişində prezidentə karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlər və əhalinin tibbi yoxlanışdan keçirilməsi barədə ətraflı məlumat təqdim ediblər.

Prezidenti Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari müşayiət edib. 

Son xəbərlər

Orphus sistemi