Gürcüstan Prezidenti etnik azlıqların nümayəndələri ilə görüşüb

Gürcüstan Prezidenti etnik azlıqların nümayəndələri ilə görüşüb Görüş “Konstitusiya hamınındır” kampaniyası çərçivəsində baş tutub
Region
4 Aprel , 2017 00:03
Gürcüstan Prezidenti etnik azlıqların nümayəndələri ilə görüşüb

Tbilisi. 4 aprel. REPORT.AZ/ Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 3-də “Konstitusiya hamınındır” kampaniyası çərçivəsində etnik azlıqların gənclərdən ibarət nümayəndələri ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüş Prezident Admnisitrasiyasında “İnkişaf və Təhsil Mərkəzi”nin layihələr üzrə koordinatoru Murad Muradovun moderatorluğu ilə keçib. Görüşdə 150-dək tələbə gənc iştirak edib.

“Konstitusiya hamınındır, Konstitusiyanın birlikdə yazmalıyıq” devizi altında keçirilən görüşdə dövlət başçısı gənclərin “Prezidentin səlahiyyətləri”, “gürcü dilinin pulsuz öyrənilməsi”, “etnik azlıqların nümayəndələrinin işlə təmin olunması”, “Gürcüstanın işğal altında olan ərazilərindəki vəziyyət” barədə suallarını cavablandırıb.

Murad Muradov “Report”a açıqlamasında deyib ki, Prezident etnik azlıqların Gürcüstanın inkişafındakı rolunu xüsusi qeyd edib. Bildirib ki, milli azlıqlar Gürcüstanın möhkəmlənməsinə hər zaman dəstək olublar. Konstitusiya reformalarına toxunan dövlət başçısı bildirib ki, konstitusiya yalnız hüququ sənəd deyil, əsas ana qanundur, aparıcı qüvvədir. Konstitusiya hər bir vətəndaşın razılığı əsasında hazırlanmış sənəddir, ona görə də ana qanuna dəyişiklik zamanı bütün vətəndaşların fikirləri əsasdır.

Görüşdə Konstitusiya əsasında hakimiyyət bölgüsü məsələsi də diqqət mərkəzində olub.

Prezident ölkədə əsas idarəetmə institutlarının rolunu xüsusi qeyd edib. Bildirib ki, güclü nəzarət və qarşılıqı kömək demokratiyanın əsas amilidir. Bu olmasa cəmiyyətin azadlığı da itəcək.

Dövlət başçısının sözlərinə görə, ölkədə mövcud olan effektiv təhlükəsizlik sistemi göstərir ki, xalq öz siyasətinə inanır.

Son xəbərlər

Orphus sistemi