Gürcüstan parlamentinin sədri azərbaycanlıların qayğıları ilə tanış olub - FOTO

Gürcüstan parlamentinin sədri azərbaycanlıların qayğıları ilə tanış olub - FOTO Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.
Region
28 İyul , 2019 14:20
Gürcüstan parlamentinin sədri azərbaycanlıların qayğıları ilə tanış olub - FOTO

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib.

Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub.

Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze də iştirak edib.

Son xəbərlər

Orphus sistemi