Yuxarı

​Gürcüstan parlamentinin sədri Aİ-nin komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Görüş zamanı viza rejiminin liberallaşdırılmasından da danışılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin sədri David Usupaşvili Tbilisidə Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasi məsələlər üzrə komissarı Federika Mogerinin ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

David Usupaşvili deyib ki, görüş zamanı Gürcüstan-Aİ münasibətlərinə dair əhatəli danışıq aparılıb, viza rejiminin liberallaşdırılması müzakirə olunub.

Parlament sədrinin sözlərinə görə, tərəflər beynəlxalq və regional təhlükəsizliyə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi