Gürcüstan parlamentinin keçmiş deputatı evinin yaxınlığında güllələnib

Gürcüstan parlamentinin keçmiş deputatı evinin yaxınlığında güllələnib O, parlamentdə “Vahid milli hərəkat” Partiyasını tıəmsil edib
Region
18 Aprel , 2017 18:53
Gürcüstan parlamentinin keçmiş deputatı evinin yaxınlığında güllələnib

Bakı. 18 aprel. REPORT.AZ/ Gürcüstan parlamentinin keçmiş deputatı Vasil Davitaşvili evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hadisə aprelin 18-də Kaxeti əyalətinin Telavi rayonunda keçmiş deputat qəbiristanlıqdan evinə qayıdarkən olub. Vasil Davitaşvili “Makarov” tipli tapançadan açılan atəş nəticəsində qarın boşluğu nahiyəsindən və aşağı ətrafından 8 güllə yarası alıb.

Xəbərdə bildirilib ki, o, hazırda cərrahiyyə əməliyyatı edilir.

Ailəsi hadisədən gec xəbər tutub. Onlar bildiriblər  ki, V.Davitaşvili keçmiş deputat fəaliyyətinə görə hücuma məruz qalıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslə onun əvvəllər münaqişəsi olub.

Qeyd edək ki, Vasil Davitaşvili 2011-ci ildə Gürcüstan parlamentinin üzvü olub. O, parlamentdə “Vahid milli hərəkat” Partiyasını tıəmsil edib. Ondan əvvəl isə Telavi rayonunun icra hakimiyyətinin başçısı olub.

Son xəbərlər

Orphus sistemi