Gürcüstan parlamentinin binası qarşısında etirazçılar konsert təşkil edib

Gürcüstan parlamentinin binası qarşısında etirazçılar konsert təşkil edib Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.
Region
4 İyul , 2019 19:46
Gürcüstan parlamentinin binası qarşısında etirazçılar konsert təşkil edib

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 15-ci gündür davam edən aksiyada “Musiqiçilər işğala qarşı” şüarı altında konsert təşkil olunub.

Aksiya iştirakçıları qarşısında müxtəlif stil və janrlara aid musiqi kollektivləri və tanınmış musiqiçilər çıxış edirlər. Musiqiçilər üzərində “Qaxaria evə get!” şüarı yazılmış maykalar geyiniblər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiya mədəni etirazdır. Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Son xəbərlər

Orphus sistemi