Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib - YENİLƏNİB

Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib - YENİLƏNİB Gürcüstan parlamentində baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.
Region
12 Dekabr , 2019 14:57
Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib - YENİLƏNİB

Gürcüstan parlamentində baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.

"Report"un yerli bürosu xəbər verir ki, onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır.

Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

İnsidentə görə məsuliyyəti "Utanc" hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, "mövcud sistem iylənir". 

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı sağlamlığa qəsdən ciddi zərərvurma maddəsi ilə istintaqa başlayıb. 


*** 14:13

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi