Gürcüstan parlamenti qarşısında cinsi azlıq əleyhdarları mitinq keçirirlər - FOTO

Gürcüstan parlamenti qarşısında cinsi azlıq əleyhdarları mitinq keçirirlər - FOTO Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında mitinq keçirilir.
Region
8 İyul , 2019 14:56
Gürcüstan parlamenti qarşısında cinsi azlıq əleyhdarları mitinq keçirirlər - FOTO
Report

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında mitinq keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iştirakçılar cinsi azlıq tərəfdarlarının bu günə planlaşdırılan “Ləyaqət yürüşü”nə etiraz edirlər.

Yürüşün təxirə salındığı bildirilsə də, millətçi “Gürcü marşı” təşkilatının üzvləri, ruhanilər və vətəndaşlar Tbilisinin müxtəlif yerlərində aksiyalar təşkil ediblər.

Cinsi azlıq əleyhdarları aksiyaların günün sonuna qadər davam etdiriləcəyini və LGBT nümayəndələrinin yürüşünün keçirilməsinə imkan verməyəcəklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi