Gürcüstan ötən il təbii qazın 93,4 faizini Azərbaycandan alıb

Gürcüstan ötən il təbii qazın 93,4 faizini Azərbaycandan alıb Ölkənin idxal etdiyi qazın 1,321 milyard kubmetri Azərbaycanın payına düşüb
Region
8 Aprel , 2017 20:54
Gürcüstan ötən il təbii qazın 93,4 faizini Azərbaycandan alıb
Courtesy İmage

Tbilisi. 8 aprel. REPORT.AZ/ Gürcüstan 2016-cı ildə təbii qaza olan tələbatının 93,4 faizini Azərbaycandan aldığı qazın hesabına ödəyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Energetika Tənzimlənməsi Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, keçən il Gürcüstan ümumilikdə 2,261 milyard kubmetr qaz idxal edib. Bunun 1,321 milyard kubmetri Azərbaycanın payına düşüb.

Ölkənin 2016-cı ildə istehlak etdiyi təbii qazın 5,4 faizi Rusiyadan, 0,9 faizi Ermənistandan idxal olunub.

Yerli hasilat isə 0,3 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi