Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırır

Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırır Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanın birləşmiş müxalifəti yeni seçilən prezident Salome Zurabişvili nin Telavi şəhərində inauqurasiya mərasiminin baş tutacağı gün etiraz aksiyası keçirməyi planlaşdırır.
Region
7 Dekabr , 2018 12:29
Gürcüstan müxalifəti yeni prezidentin inauqurasiya gününə etiraz aksiyası planlaşdırır
0 : 00
0 : 00

Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanın birləşmiş müxalifəti yeni seçilən prezident Salome Zurabişvili nin Telavi şəhərində inauqurasiya mərasiminin baş tutacağı gün etiraz aksiyası keçirməyi planlaşdırır.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Tina Bokuçava bildirib.

O, aksiya ilə bağlı yekun qərarın hələ qəbul olunmadığını deyib: “Biz tələblərimizi hökumətə daha effektiv olaraq təqdim etmək üçün Telavi də daxil olmaqla müxtəlif məkanları nəzərdən keçiririk”.

Qeyd edək ki, S.Zurabişvilinin andiçə mərasimi dekabrın 16-da keçiriləcək. Birləşmiş müxalifət prezident seçkilərinin nəticələrini tanımır və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. 

Son xəbərlər

Orphus sistemi