​Gürcüstan Konstitusiya Məhkəməsinin sədri: "Məni şantaj edirlər"

​Gürcüstan Konstitusiya Məhkəməsinin sədri: "Məni şantaj edirlər" Georgi Papauşvili: "İtaətsiz olduğum üçün ədliyyə naziri mənim bu vəzifədə olmağımı qəbul edə bilmir"
Region
8 Mart , 2016 13:49
​Gürcüstan Konstitusiya Məhkəməsinin sədri: Məni şantaj edirlər

Bakı. 8 mart. REPORT.AZ/ "Gizlicə çəkilən video və foto materiallarla məni şantaj edirlər". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Konstitusiya Məhkəməsinin sədri Georgi Papauşvili bildirib.

Sədr hədələyici videomateriallarda intim həyatı ilə bağlı kadrların olmadığını, fotolardan isə məlumatsız olduğunu söyləyib.

"İtaətsiz strukturun itaətsiz sədri olduğum üçün Teya Tsulukiani (Gürcüstanın ədliyyə naziri - "Report") mənim bu vəzifədə olmağımı qəbul edə bilmir. İndi bu dırnaqarası çəkilişlərin səbəbi aydın oluи. Videomateriallar isə sərxoş vəziyyətdə olanda guya özümü apara bilməməyim haqdadır. Bunun intim həyatla əlaqəsi yoxdur. Fotolardan isə xəbərsizəm. Çox güman ki, elə təhlükəli nə isə yoxdur", - deyə G.Papauşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi