​Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında Azərbaycan ikincidir

​Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında Azərbaycan ikincidir 2014-cü ildə ölkə iqtisadiyyatına xarici sərmayənin ümumi həcmi 1,3 milyard dollar olub
Region
12 Mart , 2015 16:01
​Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında Azərbaycan ikincidir

Bakı. 12 mart. REPORT.AZ/ Gürcüstan iqtisadiyyatına qoyulan xarici sərmayənin həcminə görə Azərbaycan ikinci yerdədir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən bildirilib.

2014-cü ildə ölkə iqtisadiyyatına qoyulan xarici sərmayənin ümumi həcmindəki payına görə birinci yerdə Niderlanddır (331 milyon dollar, yaxud birbaşa xarici sərmayənin həcminin 26%-i). İkinci yerdə 302 milyon dollar və ya birbaşa xarici səmayənin ümumi həcminin 24% göstəricisi ilə Azərbaycan gəlir. Üçüncü yeri isə 195 milyon dollar (15%) göstərici ilə Çin tutur.

Keçən il xarici sərmayənin ümumi həcmi 1,3 milayrd dollar olub.

Son xəbərlər

Orphus sistemi