Yuxarı

Gürcüstan İrana humanitar yardım edəcək

​Gürcüstan İrana humanitar yardım edəcək

Gürcüstan İranda aramsız yağışların səbəb olduğu təbii fəalkətlə əlaqədar bu ölkəyə humanitar yardım edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, İranın təbii fəlakətdən ziyan çəkən əhalisi üçün su konteynerləri, içməli suyun təmizlənməsi üçün filtr kompleksləri, yataq tulumları, xərək və ədyallar göndəriləcək. Humanitar yardımın ümumi dəyəri 89 164 lari (33 min dollar) təşkil edir.

Qeyd edək ki, İranda mart ayının ikinci yarısından etibarən aramsız yağışlar yağıb. Daşqınlar nəticəsində 2000-ə yaxın qəsəbə və kənd su altında qalıb, 70-dən çox insan ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi