Yuxarı
    Bağlamaq

    Gürcüstan hökumətinin tərkibində yeni təyinatlar olub

    Xarici işlər naziri Mixail Canalidze həm də baş nazirin müavini təyin edilib

    Tbilisi. 12 iyul. REPORT.AZ/ Gürcüstan hökumətinin tərkibində yeni təyinatlar olub.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, Baş nazir Georgi Kvirikaşvilinin sərəncamı ilə xarici işlər naziri Mixail Canalidze həm də baş nazirin müavini təyin edilib.

    Baş nazir hökumətin bu gün keçirilən iclasında deyib ki, bu təyinatla biz xarici siyasətimizin prioritetlərinə verdiyimiz yüksək qiyməti bir daha nümayiş etdirdik.

    Gürcüstan xarici siyasət idarəsinin rəhbərinin ölkəmiz ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında və Avropa ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqində böyük xidmətləri olub. M.Canalidze iqtisadiyyat nazirinin müavini postunda çalışarkən (2011-2015) Avropa ilə azad ticarət sazişinin imzalanmasında danışıqlar aparan Gürcüstan nümayəndə heyətinin rəhbəri olub.

    Qeyd edək ki, Baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin Tbilisi şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra vəzifəsindən istefa verib.

    Baş nazirin digər sərəncamı ilə energetika nazirinin müavini işləmiş İlya Eloşvilini energetika naziri təyin olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi