Gürcüstan hökuməti ölkəyə səfər edənlərə müraciət edib

Gürcüstan hökuməti ölkəyə səfər edənlərə müraciət edib Tbilisi. 22 yanvar. REPORT.AZ/ Gürcüstana səfər təhlükəsiz olaraq qalır.
Region
22 Yanvar , 2019 19:14
Gürcüstan hökuməti ölkəyə səfər edənlərə müraciət edib

Tbilisi. 22 yanvar. REPORT.AZ/ Gürcüstana səfər təhlükəsiz olaraq qalır.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin yaydığı birgə bəyanatda vurğulanıb.

Bəyanatda bildirilib ki, Gürcüstanda qripə yoluxma ilə bağlı mətbuatda həddən artıq məlumatlar yayılıb: “Gürcüstan hökuməti mövsümi yoluxmaların qarşısını almaq üçün sistematik tədbirlər həyata keçirir. Yoluxma riski mövsümi normalar çərçivəsindədir. Son məlumatlara əsasən, 100 min sakin arasında 251 yoluxma halı qeydə alınıb və bu halların azalma tendensiyası müşahidə olunur. Mövsümi qriplə bağlı yoluxma hallarının artacağı gözlənilmir”.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı Gürcüstanda mövsümi qripə görə ölkəyə səfərlərlə bağlı hər hansı bir tədbir və ya məhdudiyyətin tətbiqini məsləhət görməyib.

Gürcüstanın Milli Turizm Administrasiyası və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkəyə səfər edənlərə hər hansı bir xəstəliyə yoluxmamaq üçün ümumi gigiyena qaydalarına riayət etməyi tövsiyə edib. 

Son xəbərlər

Orphus sistemi