Yuxarı

Gürcüstan höküməti “kəmər sıxma”siyasətini tətbiq edəcək

Nazirlər Kabineti öz xərclərini 12% azaldılacaq

Bakı. 23 Fevral. REPORT.AZ/ Gürcüstanın milli pul vahidi - Larinin məzənnəsinin düşməsi rəsmi Tiflisi xərcləri azaldmağa vadar edib.

"Report" İnterfax agentliyinə istinadla xəbər verir ki, Baş nazirin müavini Georgiy Kvirikaşvili bildirib ki, “kəmər sıxma”siyasətinin tətbiqi çərçivəsində Nazirlər Kabineti bütün xərclərini 12% azaldmağa qərarlaşdırıb.

"Larinin məzənnəsi düştü və nəticədə əhali zərər gördü. Hesab edirəm ki, belə bir şəraitdə hökümətin "kəmər sıxma” siyasəti çox doğru bir addım olacaq", - deyə G.Kvirikaşvili bildirib.

Qeyd edək ki, Larinin dəyərsizləşməsi prosesi ötən ilin noyabr ayında başlayıb və bu günə kimi qonşu ölkənin pul vahidi digər valyutalara görə 20% ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi