Gürcüstan gələn il elektrik enerjisi idxalını 2 dəfə artıracaq

Gürcüstan gələn il elektrik enerjisi idxalını 2 dəfə artıracaq Tbilisi. 18 dekabr. REPORT.AZ/ 2019-cu ildə Gürcüstan 2,8 mln. kilovatt/saat həcmində elektrik enerjisi idxal edəcək.
Region
18 Dekabr , 2018 19:39
Gürcüstan gələn il elektrik enerjisi idxalını 2 dəfə artıracaq

Tbilisi. 18 dekabr. REPORT.AZ/ 2019-cu ildə Gürcüstan 2,8 mln. kilovatt/saat həcmində elektrik enerjisi idxal edəcək.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin gələn il üçün proqnoz balansında qeyd olunub.

İllik müqayisədə qonşu ölkənin elektrik enerjisi idxalını iki dəfə artıracağı gözlənilir. Belə ki, builki idxal 1,4 mln. kilovatt/saat həcmində müəyyən olunub.

Gələn ildə idxalın maksimal həddinin 407,9 mln. kilovatt/saat həcmində mart ayında olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2019-cu ildə Gürcüstanın 14 832,1 mln. kilovatt /saat həcmində elektrik enerjisi istehlak, 696,5 mln. kilovatt/saat həcmində isə elektrik enerjisi ixrac edəcəyi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi