Gürcüstan DİN parlament seçkiləri ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirəcək

Gürcüstan DİN parlament seçkiləri ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirəcək Nazir: "Bəzi siyasi partiyalar ölkədə sabitliyi pozmağa cəhd edə bilər"
Region
14 Sentyabr , 2016 15:02
Gürcüstan DİN parlament seçkiləri ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili xüsusi göstəriş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, göstərişə əsasən, patrul polisi əməkdaşlarına parlament seçkiləri günü üçün təlimlər keçiriləcək, eləcə də ölkədə təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə xüsusi qruplar yaradılacaq.

Nazirin sözlərinə görə, parlament seçkiləri zamanı bəzi siyasi partiyaların ölkədəki sabitliyi pozmağa cəhd edə biləcəyi ilə bağlı müəyyən risklər var.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi