Yuxarı
    Bağlamaq

    ​Gürcüstan DİN-i SOCAR-ın Tbilisidə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə edilən hücumu "isti izlər"lə açıb

    Basqın nəticəsində məntəqədə çalışan menecer və operator yaralanıb

    Bakı. 24 mart. REPORT.AZ/ Gürcüstan DİN-i SOCAR-ın Tbilisidə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə edilən hücuma dair qaldırılmış cinayət işini "isti izlər"lə açıb.

    "Report"un "Novosti-Qruziya"ya istinadən verdiyi xəbərə görə, iş üzrə bir neçə nəfərə bədən xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Zurab U. saxlanılıb.

    Qeyd edək ki, SOCAR-ın Tbilisidə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinə edilən hücum nəticəsində iki nəfər xəsarət alıb.

    Nazilriyin verdiyi məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanlarının keçirdiri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 1993-cü il təvəllüdlü Zurab U. bu il martın 23-də Quramişvili prospektində fəaliyyət göstərən SOCAR-ın yanacaqdoldurma məntəqəsinə basqın edib. Cinayətkar orada operator işləyən 1991-ci il təvəllüdlü Zurab A. və menecer kimi çalışan 1983 cü ildə anadan olmuş Cəfəri A.-nı soyuq silahla ayaqlarından yaralayaraq hadisə yerini tərk edib.

    Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra Quramışvili prospektində yaxalayıb. Maddi sübut kimi ondan biçaq müsadirə edilib.

    İş üzrə Gürcüstan CM 118-ci maddəsi ilə (qəsdən bədən xəsarəti yetirmək) cinayət işi açılıb. Saxlanılan günahını boynuna alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi