Yuxarı

Gürcüstan baş naziri Türkiyəyə səfəri başlayıb

Bir günlük səfər çərçivəsində Giorgi Kvirikaşvili Türkiyənin baş naziri və parlament sədri ilə görüşlər keçirəcək

Bakı. 19 iyul. REPORT.AZ/ Gürcüstan baş naziri Giorgi Kvirikaşvilinin Türkiyəyə rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Qruziya-Online" məlumat yayıb.

Türkiyə nəqliyyat naziri Əhməd Arslanın bildiridiyinə görə, rəsmi Ankara Gürcüstan baş nazirinin səfərinə böyük əhəmiyyət verir və onu regionda sabitliyin qorunması baxımından dəyərləndirir.

Bir günlük səfər çərçivəsində Giorgi Kvirikaşvili Türkiyənin baş naziri Binəli Yıldırım və parlament sədri İsmayıl Kahraman ilə görüşlər keçirəcək. Bununla yanaşı, ən yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının ilk görüşü olacaq. Şuranın görüşündən sonra iki ölkənin hökumətləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Görüşdən sonra Gürcüstan və Türkiyə baş nazirləri birgə bəyanatla çıxış edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi