Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib.
Region
11 Oktyabr , 2019 17:16
Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Sentyabrda Azərbaycanın qonşu ölkənin ümumi neft bitumu idxalındakı payı 9,5%-ə bərabər olub.

Hesabat ayında qonşu ölkə, ümumilikdə, 20 min ton neft bitumu tədarük edib ki, bu da aylıq müqayisədə 7,5 min ton azdır.

Neft bitumu idxalının 14,6 min tonu və ya 73%-i İranın payına düşüb. Ötən ay Gürcüstan İraqdan 3 min ton, Türkiyədən 0,3 min ton, Rusiyadan isə 0,2 min ton neft bitumu alıb.

Yanvar-sentyabr aylarında isə Gürcüstan 130,5 min ton neft bitumu idxal edib. İllik müqayisədə idxalın həcmi 62,8 min ton artıb.

Son xəbərlər

Orphus sistemi