Gürcüstan ABŞ-dan pulemyot və avtomat tüfəng almaq niyyətindədir

Gürcüstan ABŞ-dan pulemyot və avtomat tüfəng almaq niyyətindədir Söhbət Sovetdənqalma silahların mərhələli şəkildə NATO standartlarına uyğun olanlarla əvəzlənməsi prosesindən gedir
Region
10 İyul , 2017 13:31
Gürcüstan ABŞ-dan pulemyot və avtomat tüfəng almaq niyyətindədir

Bakı. 10 iyul. REPORT.AZ/ Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-dan əlavə silah almağı planlaşdırır.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, söhbət Sovetdənqalma silahların mərhələli şəkildə NATO standartlarına uyğun olanlarla əvəzlənməsi prosesindən gedir.

Proses çərçivəsində "M240" pulemyotları və "M4" avtomat tüfəngləri əldə olunacaq. Silahlar ABŞ-ın illik yardım çərçivəsində Gürcüstana ayırdığı vəsaitlər hesabına alınacaq.

Son xəbərlər

Orphus sistemi