Yuxarı

Gümrünün meri: "Rusiya hərbi bazasının çıxarılmasına ehtiyac yoxdur"

102 saylı hərbi baza komandanlığının da günahı var

Bakı. 16 yanvar. REPORT.AZ/ "Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılmasına ehtiyac yoxdur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərə açıqlamasında Gümrü şəhərinin meri Samvel Balasanyan söyləyib.

O, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının qalıb-qalmaması məsələsinə belə münasibət bildirib: "Ruslar uzun illərdir buradadır. Mer kimi mən bu məsələyə yenidən baxılmasının tərəfdarı deyiləm. Cinayət baş verib. Bir-iki hadisəyə görə münasibətlərimizi ləkələmək lazım deyil".

S.Balasanyan 102 saylı hərbi baza komandanlığının məsuliyyət daşıması ilə bağlı suala cavabında isə deyib: "Öz növbəsində komandanlığın da günahı var. Gümrü əhalisinin tələbi cinayətkarın cəzalandırılmasıdır. Hazırda istintaq aparılır".

Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgəri Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi