Yuxarı

Ermənistanda bir ailənin qətlində şübhəli bilinən rusiyalı hərbçi yaxalanıb - YENİLƏNİB

Sərhəddə saxlanılan Valeri Permyakov hazırda dindirilir

Bakı. 12 yanvar. REPORT.AZ/ Ermənistan polisi bir ailənin qətlində şübhəli bilinən Rusiyanın müddətli hərbçisi Valeri Permyakov barəsində axtarış elan edib.

"Report" "Novosti-Armenii" saytına istinadən xəbər verir ki, Ermənistan polisinin məlumatına görə, o, yanvarın 12-də Gümrüdə bir ailənin 6 üzvünü odlu silahla güllələyərək öldürməkdə şübhəli bilnir.

Hadisə yerində Şirak vilayətinin polisi və prokurorluğu, eləcə də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının təmsilçiləri fəaliyyət göstərir.

Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrü şəhərində dislokasiya olunub.

***

Ermənistanın Gümrü bölgəsində polis gücləndirilmiş iş rejiminə keçib. "Report" "Novosti-Armenii"yə istinadən xəbər verir ki, Gümrünün polis rəsi Vladimir Qasparyanın sözlərinə görə, hadisə ilə bağlı operativ-təhqiqat qrupu yaradılıb.

Gümrüdə bir ailənin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

İlkin məlumata əsasən, cinayətin törədilməsində Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbçisi Valeri Permyakov şübhəli bilinir.

Hərbi bazanın rəisi Andrey Ruzinski hadisə yerində olub.

***

Rusiya hərbçiləri Ermənistanda kütləvi qətl törətməkdə şübhəli bilinən hərbçi Valeri Permyakovu yaxalayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, V.Permyakov Şirak vilayətinin Bayandur kəndi ərazisində saxlanılıb.

Hazırda şübhəlinin dindirilməsi prosesi gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi