Yuxarı

Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub

Yağıntının çoxluğu yollarda problemlər yaradıb, əhalinin bir hissəsi işıqsız qalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Güclü qar yağışı Gürcüstanın qərbində yerləşən Zuqdidi rayonunda bəzi evlərin damlarına ziyan vurub. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bələdiyyə administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Artıq beş gündür ki, Gürcüstanın bir sıra bölgələri güclü qar yağışından əziyyət çəkir. Ölkənin qərb bölgələrində yağıntının çoxluğu yollarda problemlər yaradıb. Gürcüstanın qərbində əhalinin bir hissəsi işıqsız qalıb. Uçqun təhlükəsinə görə, Rusiya ilə sərhədə gedən yollar bağlanılıb.

Fövqəladə Hallar Nazirliyi Zuqdidi bələdiyyəsinin inzibati qərargahında sutka boyu işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi