Yuxarı

Güclü qar Gürcüstanda çətinliklər yaradıb

Güclü qar Gürcüstanda çətinliklər yaradıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasında yağan güclü qar bir sıra problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bölgənin Xulo və Şuaxevi kəndlərində 17 məktəbdə tədris prosesi dayandırılıb.

Keda kəndində uşaq bağçaları da müvəqqəti fəaliyyət göstərmir.

Yüksək dağlıq rayonlarda qarın hündürlüyü 1 metrə çatır.

Aidiyyəti qurumlar yolların qar örütüyündən təmizlənməsi üçün xüsusi texnikanın cəlb olunması ilə tədbirlər həyata keçirirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi