Yuxarı

GUAM ölkələrinin ekspertləri axtarışda olan şəxslərin vahid məlumat bankının yaradılması məsələsini müzakirə ediblər

Kiyevdə QUAM ölkələri ekspertlərinin İşçi Qrupunun 2-ci iclası keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Kiyevdə GUAM ölkələri ekspertlərinin axtarışda olan şəxslərin avtomatlaşdırılmış məlumat bankının yaradılması məsələsi üzrə İşçi Qrupunun 2-ci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə təşkilatın üzv ölkələrinin nümayəndə heyətləri, eləcə də kriminalistlərin hazırlığında köməkliyin göstərilməsi üzrə beynəlxalq proqramın (ICITAP) nümayəndəsi iştirak edib.

Nümayəndə heyətləri GUAM-a üzv dövlətlərdə milli və beynəlxalq səviyyədə axtarış fəaliyyətinin təşkil olunmasına dair informasiyaları paylaşıblar, avtomatlaşdırılmış məlumat bankı konsepsiyasını müzakirə ediblər. İştirakçılar qeyd olunan bankın yaradılması üçün tələb olunan müvafiq sorğu vərəqəsini hazırlayıblar.

İşçi Qrupun növbəti iclası mart ayının 15-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi