Georgi Kvirikaşvili: "Gürcüstanda yaşayan azərbaycanlı gənclərin savadlı və qabiliyyətli olmalarına əminəm"

Georgi Kvirikaşvili: "Gürcüstanda yaşayan azərbaycanlı gənclərin savadlı və qabiliyyətli olmalarına əminəm" Tbilisi. 21 dekabr. REPORT.AZ/ “Mən keçən il Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə görüşmüşəm. O zaman onların necə savadlı, qabiliyyətli gənclər olduğuna əmin oldum.
Region
21 Dekabr , 2017 23:09
Georgi Kvirikaşvili: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin savadlı və qabiliyyətli olmalarına əminəm

Tbilisi. 21 dekabr. REPORT.AZ/ “Mən keçən il Gürcüstanda yaşayan azərbaycanlı gənclərlə görüşmüşəm. O zaman onların necə savadlı, qabiliyyətli gənclər olduğuna əmin oldum".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Gerogi Kvirikaşvili deputat Savalan Mirzəyevin parlamentdə azərbaycanlı gənclərin işlə təmin olunmaları ilə bağlı qaldırdığı məsələyə münasibət bildirərkən söyləyib.

Baş nazir deyib: "Ayrıca onu söyləyə bilərəm ki, Savalan Mirzəyev baş nazirin köməkçisi işləyib. İndi isə o, aktiv siyasətdə işini davam etdirir. Bu da bizim azərbaycanlı gənclərə örnəkdir".

Gürcüstan hökumətinin başçisi azərbaycanlı gənclərin dövlət, hökumət və bələdiyyə strukturlarında işlə təmin olunmalarında heç bir problemin olmadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi