GAİM Gürcüstanda daha 200 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıb

GAİM Gürcüstanda daha 200 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıb Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ölkənin daha iki rayonuna humanitar yardım edib.
Region
8 May , 2020 10:23
GAİM Gürcüstanda daha 200 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıb

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ölkənin daha iki rayonuna humanitar yardım edib.

“Report”un yerli bürosu xəbər verir ki, ərzaq bağlamaları Saqareco və Laqodexi rayonlarında yaşayan 200 aztəminatlı azərbaycanlı ailəyə çatdırılıb.

Hər iki rayonun rəhbərliyi yüksək sosial məsuliyyətə görə GAİM-ə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bundan öncə GAİM ölkənin Marneuli (250 ailə), Bolnisi (150 ailə) və Telavi (100 ailə) rayonlarında yaşayan azərbaycanlı ailələrinə yardım edib.

Xatırladaq ki, mərkəz Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə 2019-cu il aprelin 3-dən Gürcüstanın Marneuli rayonunda fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi