Yuxarı

Prokurorluq: İŞİD “G20”nin Antalya Sammitində terror aktı törədmək istəyib

Terrorçular prezidentlərin və hökümət başçılarının qaldıqları otellərlə bağlı ciddi araşdırma aparıblar

Bakı. 19 noyabr. REPORT.AZ/ Terrorçu "İŞİD" qruplaşması “G20”nin Antalya Sammitində terror aktları törədmək istəyib.

"Report"un Türkiyənin "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, oktyabrın 10-da Ankarada törədilən qanlı terror aktı ilə bağlı istintaq zamanı İŞİD-in fəal üzvü Yunus Durmaz adlı şəxsin evində axtarış aparılıb. Məlum olub ki, İŞİD-in Diyarbakır vilayəti üzrə "əmiri" hesab olunan Y.Durmazın kompyuterində “G20”nin Sammiti ilə bağlı geniş məlumat bazası mövcuddur. Belə ki, terrorçular prezidentlərin və hökümət başçılarının qaldıqları otellərlə bağlı ciddi araşdırma aparıblar.

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları bu terror planının qarşısını almağa müvəffəq olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi