Yuxarı

Fransa Türkiyə ərazisində müvəqqəti olaraq "SAMP-T" yerləşdirməyi təklif edib

Fransa Türkiyədə zenit müdafiə sistemi yerləşdirmək istəyir

“Fransa “SAMP-T” Hava Hücumundan Müdafiə Sistemini müvəqqəti olaraq Türkiyə ərazisində yerləşdirməyi təklif edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu məsələ ilə bağlı danışıqların müəyyən mərhələsinə çatmışıq. Fransa Türkiyə ərazisində “SAMP-T” kompleksini yerləşdirməyi təklif edib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, - Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbçiləri “S-400”lə bağlı Rusiyada təlim keçirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi