Fransa Türkiyə ərazisində müvəqqəti olaraq "SAMP-T" yerləşdirməyi təklif edib

Fransa Türkiyə ərazisində müvəqqəti olaraq "SAMP-T" yerləşdirməyi təklif edib “Fransa “SAMP-T” Hava Hücumundan Müdafiə Sistemini müvəqqəti olaraq Türkiyə ərazisində yerləşdirməyi təklif edib.
Region
22 May , 2019 11:13
Fransa Türkiyə ərazisində müvəqqəti olaraq SAMP-T yerləşdirməyi təklif edib

“Fransa “SAMP-T” Hava Hücumundan Müdafiə Sistemini müvəqqəti olaraq Türkiyə ərazisində yerləşdirməyi təklif edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu məsələ ilə bağlı danışıqların müəyyən mərhələsinə çatmışıq. Fransa Türkiyə ərazisində “SAMP-T” kompleksini yerləşdirməyi təklif edib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, - Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbçiləri “S-400”lə bağlı Rusiyada təlim keçirlər.

Son xəbərlər

Orphus sistemi