Bakı. 9 avqust. REPORT.AZ/ Bu il Ukraynada iqtisadi artım proqnozlaşdırıldığı kimi 2% deyil, 1% olacaq. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə "Fitch" beynəlxalq reytinq agentliyi çıxış edib.
Bununla belə, Agentlik bəyan edib ki, ortamüddətli perspektivdə iqtisadi inkişaf göstəricisi 2% ola bilər.
Ukrayna Mərkəzi Bankı isə bu ilin yekununda ölkədə ümumi daxili məhsul istehsalının ötən illə müqayisədə 1,1% artacağını proqnozlaşdırır. Bu ölkənin hökumət rəhbərinin proqnozu isə 1,5%-dir.