Yuxarı

Finlandiya hökuməti Rusiya Dövlət Dumasının sədrinə viza verməyib

Sergey Narışkin ATƏT Parlament Assambleyasının Helsinkidə keçiriləcək illik sessiyasında iştirak edə bilməyəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Finlandiyanın Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə viza verməyib.

"Report" xəbər verir ki, bu haqda məlumatı TASS yayıb.

Xəbərə görə, iyulun 5-9-da Helsinkidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Sergey Narışkin isə həmin tədbirdə iştirak edəcək Rusiya nümayəndə heyətinin başçısıdır.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyət və Krımın Rusiya tərəfindən ilhaqına görə, Avropa İttifaqı Rusiyanın bir sıra dövlət, ictimai-siyasi xadimlərinə və iş adamlarına sanksiya tətbiq edib. Həmin siyahıda Sergey Narışkinin də adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi