FETÖ məsələsinə görə Türkiyənin hakim partiyasından çıxarılanların sayı açıqlanıb

FETÖ məsələsinə görə Türkiyənin hakim partiyasından çıxarılanların sayı açıqlanıb Onlar FETÖ ilə əməkdaşlıqda şübhəli bilinirlər
Region
25 May , 2017 13:38
FETÖ məsələsinə görə Türkiyənin hakim partiyasından çıxarılanların sayı açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ “İyulun 15-də dövlət çevirlişinə cəhd hadisələrindən sonra Ədalət və İnkişaf Partiyasından 300 nəfər çıxarılıb”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkiaf Partiyasının (AKP) Qaziantepdən olan millət vəkili Şamil Təyyar “TGRT Haber”də yayımlanan “Neler Oluyor” verilişində bildirib.

Onun sözlərinə görə, partiyadan çıxarılanlar arasında əyalət məclisinin sədri, bələdiyyə sədri, bələdiyyə Məclis üzvü də var: “Bunlar deyilmir, açıqlanmır. Sanki hər şeyə göz yumulur. Bundan sonra da mübarizənin daha güclü şəkildə davam edəcəyini düşünürəm”.

Məlumata əsasən, həmin 300 nəfər Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi