Federasiya Şurası Rusiya ordusundan xaricdə istifadə edilməsinə razılıq verib

Federasiya Şurası Rusiya ordusundan xaricdə istifadə edilməsinə razılıq verib Prezident Administrasiyasının başçısı Sergey İvanov bildirib ki, bu məsələ istinasız olaraq Suriyaya aiddir
Region
30 Sentyabr , 2015 13:13
Federasiya Şurası Rusiya ordusundan xaricdə istifadə edilməsinə razılıq verib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiya Federasiya Şurasının üzvləri ölkə qoşunlarından xaricdə istifadə edilməsinə dair qərara yekdilliklə səs veriblər.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey İvanov bildirib ki, bu məsələ istinasız olaraq Suriyaya aiddir. Onun sözlərinə görə, yalnız hərbi-hava qüvvələrindən istifadə olunacaq: "Quru qoşunlarından istifadə edilməyəcək".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına uyğun icazənin verilməsi ilə bağlı müraciət etmişdi. 

Son xəbərlər

Orphus sistemi