“Exit-poll”: Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiya qələbə qazanıb

“Exit-poll”: Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiya qələbə qazanıb Sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib
Region
21 Oktyabr , 2017 21:08
“Exit-poll”: Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim partiya qələbə qazanıb

Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Gürcüstanda keçirilən bələdiyyə seçkilərində “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 58 faiz səs toplayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, seçkilərlə əlaqədar “Edison Richer” təşkilatının keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim partiya seçkilərdə 58 faiz səs toplamaqla liderdir.

“Milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıb. “Exit-polun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini qazanıb.

Ölkədə 73 seçki dairəsinin 3634 məntəqəsində seçki keçirilib. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib.

Son xəbərlər

Orphus sistemi